Ermənistan XİN nazirlərin görüş vaxtını açıqladı 

15:39 10.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ermənistan xarici işlər nazirləri mayın 19-da Rusiyanın paytaxtı Moskvada görüşəcək.


Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.


Onun sözlərinə görə, sülh sazişinin mətni danışıqlar masasındadır.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan yenidən bir araya gələcəklər. Nazirlərin növbəti görüşü Rusiyada keçiriləcək.

 

Nazirlərin Moskva görüşünün tarixi barədə ilk xəbəri Modern.az saytı yayıb.

Siyasət rubrikasından digər xəbərlər